"Mançester Siti"nin yollarını ayırmaq istədiyi Bernardo Silva İspaniyada çıxış edə bilər.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Barselona" portuqaliyalı futbolçunun xidmətinə maraqlıdır.

La Liqa nəhəngi Bernardo üçün Premyer Liqa klubu ilə danışıqlara başlayacaq. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Barselona"da aşağı maaşa oynamağa hazırdır.

Qeyd edək ki, Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 42 oyunda 3 qol vurub, 4 assist edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest