Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ən da potensial rəqibləri müəyyənləşəcək.

"Qarabağ" səpələnmişlər səbətində yer alıb. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
Ağdam təmsilçisi "Şelburn" səddini keçsə, 3-cü təsnifat mərhələsində bu komandalardan biri ilə qarşılaşacaq:
 
“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)
 
“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)
 
“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest