“Neftçi” Alfa Konte ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Ağ-qaralar" Syerra Leonedən olan futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest