25 İyul 2025, 14:30
MPL
Yevlax təmsilçisi Elvin Yunuszadəni rənglərinə bağlayıb.
Premyer Liqaya yüksələn "Karvan" növbəti transferini həyata keçirib.
Matc.az xəbər verir ki, Yevlax təmsilçisi Elvin Yunuszadəni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq üzvü olan təcrübəli futbolçu son olaraq “Qəbələ”də forma geyinib.