Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk sınağına çıxıb.
Matc.az xəbər verir ki, təmsilçimiz İrlandiya səfərində "Şelburn"la üz-üzə gəlib.
"Tolka Park" stadionunda baş tutacaq görüşdə Qurban Qurbanovun komandası rəqibini 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" qarşılaşması 30 iyul tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat oyun 20:00-da start götürəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
"Şelburn" – "Qarabağ" - 0:3
Qollar: Leandro Andrade, 12, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 84
Baş hakim: Ante Çulina
Baş hakimin köməkçiləri: Luka Puşiç, İvan Mihali
Dördüncü hakim: Mateo Erceq
VAR hakimləri: Mario Zebec, Tixomir Pejin
"Tolka Park" stadionu
"Şelburn": 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko
Baş məşqçi: Cosef O'brayn
"Qarabağ": 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov