25 İyul 2025, 14:14
MPL
Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.
R. Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.