25 İyul 2025, 10:15
MPL
Yeni mövsümün hazırlığını davam etdirən "Kəpəz" növbəti yoxlama oyununu keçirəcək.
Matc.az xəbər verir ki, Gəncə təmsilçisi "Şamaxı" ilə üz-üzə gələcək.
Qarşılaşma iyulun 26-da Qəbələ şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, "Kəpəz" buna qədər bir hazırlıq matçı keçirib. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.