07 Sentyabr 2025, 20:11
FUTBOL
"Çelsi"nin sabiq hücumçusu Hakim Ziyeç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ekrem Konur paylaşıb.
Bildirilir ki, Ziyeçi "Sevilya" heyətinə qatmaq istəyir. İspaniya klubu müqavilə imzalamaq üçün maaş büdcəsində yer boşaltmağa çalışır. 2025-ci ilin iyul ayından Mərakeş millisinin vingeri azad agent statusundadır.
Qeyd edək ki, Hakim Ziyeç 2020-2023-cü illərdə Londonun "Çelsi"sində çıxış edib, daha sonra "Qalatasaray"a keçib. 32 yaşlı oyunçunun karyerasında son klubu 2025-ci ilin yanvarından iyul ayına kimi çıxış etdiyi Qətər çempionatından "Əl-Duhail" olub.