Avrokuboklarda yeni mövsümün ilk püşkü atılıb. Çempionlar Liqasında ilkin mərhələnin püşkatma mərasimi keçirilib. Qitənin ən zəif reytinqli 4 çempionatının qalibi iki cütlük təşkil edib.
Avrokuboklarda yeni mövsümün ilk püşkü atılıb. Matc.az saytının məlumatına görə, çempionlar Liqasında ilkin mərhələnin püşkatma mərasimi keçirilib.
Qitənin ən zəif reytinqli 4 çempionatının qalibi iki cütlük təşkil edib. Bu mərhələdə yarımfinalın iki oyunu və final matçı Kosovonun Priştina şəhərində keçiriləcək. Yarımfinal görüşləri iyunun 25-də baş tutacaq. Qaliblər 3 gün sonra finalda üz-üzə gələcək və mərhələnin çempionu I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Digər 3 komanda isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
25 iyun
"Feronikeli" (Kosovo) - "Linkoln" (Cəbəllütariq)
"Tre Penne" (San-Marino) - "Santa Koloma" (Andorra)