25 İyun 2019, 11:32
ÇEMPİONLAR LİQASI
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib. Oyun iyulun 10-da Tiranada baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək.
"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib. Matc.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, oyun iyulun 10-da Tiranada baş tutacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək. Bu komandalar arasında cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.