O, övladını dünyaya gətirməyə hazırlaşan bir qadına qarşı atılan bu addımın həm sədaqət, həm də adi insanlıq və hörmət prinsiplərindən uzaq olduğunu vurğulayıb.

Almaniya futbolunun əfsanəvi qapıçısı Manuel Noyer hamilə həyat yoldaşına xəyanət etməsi ilə bağlı yayılan iddialara görə ciddi qalmaqalla üzləşib. Matc.az xəbər verir ki, Noyerin həyat yoldaşı Anaka Noyer sosial şəbəkələrdə və mətbuatda yayılan xəbərlərdən sonra sərt bəyanatla çıxış edərək baş verənləri səhv deyil, şüurlu seçim adlandırıb.

O, övladını dünyaya gətirməyə hazırlaşan bir qadına qarşı atılan bu addımın həm sədaqət, həm də adi insanlıq və hörmət prinsiplərindən uzaq olduğunu vurğulayıb. Almaniya və dünya mətbuatında geniş rezonans doğuran hadisə təcrübəli qolkiperin meydandan kənar nüfuzuna ciddi zərbə vurub.

40 yaşlı futbolçunun nümayəndələri hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməkdən yayınırlar. Hadisə Noyerin karyerasının son dönəmində ən çox müzakirə olunan qalmaqal kimi gündəmə düşüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest