Millimizin futbolçusu koronavirus səbəbindən Bakıya gəlməyəcək
Almaniyanın "Bohum" klubunda çıxış edən Barış Ekincier 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
























