Qurban Qurbanovun yetirmələri "Azersun Arena"da "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da çempionatın lideri xal hesabını 47-yə çatdırıb. Ağdamlılar iki matçı qalan "Sabah"ı artıq 8 xal qabaqlayır.
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 17-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın XVII turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun bütün təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, turun mərkəzi görüşü olan "Qarabağ" - "Qəbələ" matçı Kamranbəy Rəhimova tapşırılıb.
Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Sumqayıt" Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk qələbəsini qazanıb. Matc.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi XVI turda "Kəpəz"ə qalib gəlib. Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.