Qadın voleybolçular arasında 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turniri start götürüb. Matc.az saytının məlumatına görə, Azərbaycan millisi də bu gün ilk görüşünə çıxıb.

Covanni Kapraranın yetirmələri D qrupunda mübarizə aparır. İlk rəqib isə Dominikan Respublikası olub. Braziliyanın Uberlandiya şəhərində yerləşən "Sabiazinyo" arenasında baş tutan görüşdə yığmamız quru hesabla məğlub olub.

Qrupun digər oyununda isə Braziliya ilə Kamerun üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər - 3:0.

Lisenziya xarakterli Təsnifat Turniri
D qrupu, I tur

1 avqust

Dominikan Respublikası – Azərbaycan 3:0 (25:15; 25:22; 25:18)
Uberlandiya. "Sabiazinyo" arenası

Azərbaycan: Kristsina Yaqubova, Yana Əzimova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Mariya Kirilyuk,  Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest