Futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.
 
“Arsenal” “Nyukasl”ın qonağı olub və minimal hesabla qalib gəlib. “Lester” - “Vulverhempton” qarşılaşmasında hesab açılmayıb.
 
İlk turun mərkəzi görüşü Mançester şəhərində keçirilib. “Mançester Yunayted” doğma azarkeşləri önündə “Çelsi”ni sınağa çəkib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.
 
İngiltərə Premyer Liqası
1-ci tur
9 avqust
 
Liverpul – Norviç 4:1
Qol: Heynli, 7-öz qapısına. Salah, 19. Van Dayk, 28. Oriqi, 39 – Pukki, 64.
 
10 avqust
 
Vest Hem – Mançester Siti 0:5
Qol: Q.Jesus, 25. Sterlinq, 51; 75; 90+1. Aquero, 86.
 
Bornmut – Şeffild Yunayted 1:1
Qol: Mepham, 62 – Şarp, 88.
 
Bernli – Sauthempton 3:0
Qol: Barnes, 63; 70. Qudmundsson, 75.
 
Kristal Pelas – Everton 0:0
 
Uotford – Brayton 0:3
Qol: Dukure, 28-öz qapısına. Andone, 65. Maupay, 77.
 
Tottenhem – Aston Villa 3:1
Qol: Ndombele, 73. Keyn, 86; 90 – Makqinn, 9.
 
11 avqust
 
Lester – Vulverhempton 0:0
 
Nyukasl – Arsenal 0:1
Qol: Obameyanq, 58.
 
Mançester Yunayted – Çelsi 4:0
Qol: Reşford, 18-pen; 67. Marsyal, 65. D.Ceyms, 81.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest