"İlk növbədə cəsur, ürəklə oynamağımız. Çox qaçmağımız çox vacib idi. İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi"

“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”. Matc.az saytının məlumatına görə, bunu APOEL-in baş məşqçisi Tomas Doll deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan Kipr təmsilçisi evdəki məğlubiyyətə (1:2) baxmayaraq, səfərdə 2:0 hesablı qələbə qazanaraq, pley-offa yüksəlib.

Oyunsonrası mətbuat konfransında almaniyalı mütəxəssisin qələbə şərhi belə olub: “Komandamızın oyunundan razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidi. Rəqibin də şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapımızda qol görməmək böyük klub üçün əla nəticədi”.

- Penaltidən vurulan qol qələbənizdə həlledici rol oynadı. Necə düşünürsünüz, penalti olmasaydı, evə əliboş qayıtmayacaqdınız?
- (Gülür) Xeyr. Kiprdəki matçdan fərqli oynadıq. Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olanı komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular.

- Qələbədə açar rolunu nə oynadı?
- İlk növbədə cəsur, ürəklə oynamağımız. Çox qaçmağımız çox vacib idi. İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qələbəyə layiq idik.

- Komandanız fiziki cəhətdən hazırlıqlı görünürdü. APOEL-in mərhələ keçməsində sabiq baş məşqçinin nə dərəcədə payı var idi?
- Şübhəsiz ki, Paolo Trametsaninin də əməyi var. Mən cəmi 4-5 gündü burdayam. Həmin vaxt köməkçi işləmiş məşqçi də hazırda bizimlədi. O, keçən il komanda ilə çempion olmuşdu. Qələbə üçün mən xüsusi bir şey etmədim. Bunu futbolçularla da demişdim. Bunun üçün heç vaxtım da yox idi. Çox xoşbəxtəm. Sabiq baş məşqçimizə təşəkkürümü bildirirəm.

- Dünənki mətbuat konfransında deyildi ki, 3 futbolçunuz çıxış etməyəcək. Siz isə bildirdiniz ki, kifayət qədər geniş heyətimiz var. Sizcə, bugünkü qələbədə futbolçuların istəkli olması, yoxsa keyfiyyətli heyət mühüm rol oynadı?
- Mənim ilk işim komandada özünəinam yaratmaqdı. Komanda 12-13 oyunçudan ibarət deyil. Əsas odu ki, onlar mənə inansınlar. Müasir futbolda hər hansı bir futbolçunun yoxluğunu düşünsən, növbəti mərhələyə keçmək şansın yoxdu. Bütün bu faktorlar bizim qələbəmizdə mühüm rol oynadı.

- İlk matçla müqayisədə tam başqa futbol oynadınız. Siz istəkli olmağı qabartdınız. Lakin komandanız həm də kompakt oyunla diqqət çəkdi və 2-3 dəfə sistemi dəyişdiniz. Taktiki baxımdan nələri dəyişmişdiniz?
- Bu, önəmli idi. Matça hərtərəfli hazırlamışdıq. 1:0-a kimi 4-3-3-lə çıxış etdik. Ancaq ikinci hissədə müdafiədən çıxmaqda çətinlik çəkdik, rəqibin təzyiqi ilə üzləşdik. Həmin ərəfədə hücumçunu geri çəkdik. Sonradan ikinci qolu vurmaq üçün yenidən 4-3-3-ə qayıtdıq. Çətin olsa da, istədiyimiz nəticəni qazana bildik.

 

 

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest