Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub. 
 
Şəhanə Nəzərova ilk görüşdə Almaniya güləşçisinə məğlub olub.
 
50 kq
Təsnifat - Şəhanə Nəzərova - Liza Ersel (GER) 0:6
 
Dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq-da çıxış edən qadın güləşçilər mübarizə aparacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. Azərbaycan yığmasının iki üzvünün də rəqibləri müəyyənləşib.
 
62 kq
1/8 final - Jalə Əliyeva - Yuzuka İnaqaki (JPN)
 
65 kq
1/8 final - Ceyla Nağızadə - Oksana Çudik (UKR)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest