Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma Ağdam klubunun məğlubiyyəti ilə başa çatıb

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma Ağdam klubunun məğlubiyyəti ilə başa çatıb.

Türkiyənin “Trabzonspor” klubu Yunanıstanda AEK-in qonağı olub. Qardaş ölkə təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı Qazaxıstan “Astana”sı isə Belarus BATE-sini qəbul edib. Qazaxlar bu görüşdə darmadağına seviniblər. 

3-cü təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran İsrailin “Bney Yehuda” klubu səfərdə İsveç “Malmö”sünə böyük hesabla uduzub.

Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunları

22 avqust

Astana (Qazaxıstan) – BATE (Belarus) 3:0
Qol: Tomasov, 23. Loqvinenko, 44. Siquryonsson, 52-pen.

Ararat (Ermənistan) – Düdelanj (Lüksemburq) 2:1
Qol: Lima, 22. Antonov, 90+3 – Sinani, 68.

Malmö (İsveç) – Bney Yehuda (İsrail) 3:0
Qol: Rozenberq, 36. Benqtsson, 40. Leviçki, 47.

Suduva (Litva) – Ferentsvaroş (Macarıstan) 0:0

Feyenoord (Hollandiya) – Hapoel (Beer-Şeva, İsrail) 3:0
Qol: Larsson, 33. Fer, 56; 78.

Ludoqorets (Bolqarıstan) – Maribor (Sloveniya) 0:0

Kopenhagen (Danimarka) – Riqa (Latviya) 3:1
Qol: Fişer, 18. Sotiriu, 62-pen. Darami, 90+3 – Kamess, 41.

AEK (Yunanıstan) – Trabzonspor (Türkiyə) 1:3
Qol: Livaya, 4 – Ekuban, 29; 44; 70.

Legiya (Polşa) – Reyncers (Şotlandiya) 0:0

Alkmaar (Hollandiya) – Antverpen (Belçika) 1:1
Qol: Boadu, 82 – Batubinsika, 38.

Styaua (Rumıniya) – Vitoriya (Portuqaliya) 0:0

Gent (Belçika) – Riyeka (Xorvatiya) 2:1
Qol: Depoitre, 57; 71 – Haliloviç, 40.

PSV (Hollandiya) – Apollon (Kipr) 3:0
Qol: İhattaren, 47. Qakpo, 56. Dumfris, 61.

Strasburq (Fransa) – Ayntraxt (Almaniya) 1:0
Qol: Zohi, 33.

Braqa (Portuqaliya) – Spartak (Moskva, Rusiya) 1:0
Qol: Horta, 74.

Seltik (Şotlandiya) – AİK (İsveç) 2:0
Qol: Forrest, 48. Eduard, 73.

Linfild (Şimali İrlandiya) – Qarabağ (Azərbaycan) 3:2
Qol: Stafford, 40. Leyveri, 45+1; 75 – Rerras, 15. Qeye, 90+3-pen.

Espanyol (İspaniya) – Zarya (Ukrayna) 3:1
Qol: Ferreyra, 58. Lopes, 79. Varqas, 81 – Koşergin, 38.

Partizan (Serbiya) – Mölde (Norveç) 2:1
Qol: Souma, 45+1. Tosiç, 84 – Bolli, 44.

Slovan (Slovakiya) – PAOK (Yunanıstan) 1:0
Qol: Abena, 90+4.

Torino (İtaliya) – Vulverhempton (İngiltərə) 2:3
Qol: De Silvestri, 61. Belotti, 89 – Bremer, 43-öz qapısına. Jota, 59. Ximenes, 72.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest