"Njie və Şeydayev fərqli özəlliklərə sahib futbolçulardı. Njie əla sürətə malikdi. Sürətli hücum planında onunla birlikdə oynamaq daha rahatdı. Şeydayev isə topu ayağında saxlayan, onu daşıyan taran tipli hücumçudu".

"Burda istənilən rəqabətə hazıram. Maksimilian Filippin mövqeyimə transfer edilməsi məni qorxutmur". Matc.az saytının məlumatına görə, bunu "Dinamo"nun yarımmüdafiəçisi Kirill Pançenko deyib.

Moskva klubunun pleymeykeri yerli mətbuata açıqlamasında komandanın yeni transferlərini dəyərləndirib. 30 yaşlı hücumameyilli oyunçu, xüsusən də, hücumçular Ramil Şeydayevlə Klinton Njieni müqayisə edib.

Pançenko bu cütlükdə kamerunluya üstünlük verdiyini söyləyib: "Njie və Şeydayev fərqli özəlliklərə sahib futbolçulardı. Njie əla sürətə malikdi. Sürətli hücum planında onunla birlikdə oynamaq daha rahatdı. Şeydayev isə topu ayağında saxlayan, onu daşıyan taran tipli hücumçudu. Ona uyğunlaşmaq lazımdı. Çox yaxşı irəliləyişə nail olan Slava Qrulyovu da unutmaq olmaz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest