Qadın voleybolçular arasında Avropa çempionatının Azərbaycan - Rumıniya matçının ən yaxşıları açıqlanıb. Matc.az saytı xəbər verir ki, millimizin 3:0 (25:15, 25:14, 25:21) hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən məhsuldar oyunçusu yenə Polina Rəhimova olub.
 
Millimizin üzvü bu görüşdə 30 xal toplayıb. Digər voleybolçularımızdan Yelizaveta Səmədova 8, Olena Həsənova 7, Kristina Yaqubova 5, Odina Əliyeva 3, Anastasiya Bezsonova və Mariya Kirilyuk 2, Şəfaqət Alişanova 1 xal yığıb.
 
Qalan 17 xal isə rəqibin səhvləri nəticəsində qazanılıb. Millimiz də bu matçda 14 dəfə səhv etməklə rəqibə xal qazandırıb.
 
Xatırladaq ki, Polina Rəhimova son iki turda qarşılaşdığımız Macarıstan və Estoniya ilə görüşlərin də ən məhsuldar oyunçusu olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest