Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL daha bir futbolçu transfer edib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Nikosiya təmsilçisi "Ponte Preta"nın hücumçusu İtalo de Karvalyo Roşa ilə anlaşıb.

Lakin 22 yaşlı forvard cari mövsümü bu komandada keçirməyəcək. Çünki APOEL onu Kiprin digər klubu "Doxa"ya icarəyə verib. İtalo mövsümün sonuna qədər "Doxa"nın "9 nömrəsi" olacaq.

Qeyd edək ki, APOEL Avropa Liqasının A qrupunda "Qarabağ", "Sevilya" və "Düdelanj"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest