Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
Öncə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Əvvəlki turlarda qələbəyə həsrət qalan “ağ-qaralar” ilk 3 xalını bayram etməyi hədəfləmişdi. Sumqayıtlılar isə çətin səfərdən ən azı 1 xalla qayıtmaq istəyirdilər. Qarşılaşmada hesabı da qonaqlar açıblar. Amma sonda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Qarşılaşmanın sonları xüsusilə gərgin və mübahisəli keçib. Təsadüfi deyil ki, baş hakim 3 futbolçunu meydandan qovmaq məcburiyyətində qalıb.
 
Turun qapanış matçında son çempion “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gəlib. Hər iki komanda əvvəlki oyunlarını qələbə ilə başa vurmuşdu. Bu dueldən qalib ayrılacaq komanda vahid liderliyi ələ keçirəcəkdi. Gözlənildiyi kimi, daha şanslı görünən "Qarabağ" bu fürsəti əldən verməyib və darmadağınla zirvəyə yüksəlib.
 
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” evdə “Keşlə”yə 0:4 hesabıyla uduzubsa, “Zirə” – “Sabah” matçında heç-heçə qeydə alınıb – 1:1.
 
Azərbaycan Premyer Liqası
III tur
1 sentyabr
 
“Neftçi” – “Sumqayıt” 2:1
Qol: E.Mahmudov, 64. S.Monroz, 90+4 - M.Şərifi, 31-pen.
Qırmızı vərəqə: M.Xaçayev, 82 (ikinci sarı). V.Hüseynov, 90+6. A.Krivotsyuk, 90+6 (ikinci sarı)
“Bakcell Arena”. Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
 
Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 11. Evangelos Platellas, 36. Mamadu Kane, 93. Soni Mustivar, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Dario Frederiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 9. Amil Yunanov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 2. Rail Məlikov, 4. Şəhriyar Əliyev, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 8. Peyman Babayi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
 
“Səbail” – “Qarabağ” 0:4
Qol: D.Kintana, 2. İ.İbrahimli, 29; 59. M.Emreli, 62.
“ASCO Arena”. Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Fərid Hacıyev.
 
Səbail: 85. Kamal Bayramov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 23. Murtazəli Abakarov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 3. Aylton Silva, 9. Xayme Romero, 99. Maqaye Qeye, 21. Hacıağa Hacılı, 45. Rauf Hüseynli, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
 
 

N

klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

3

3

0

0

8-0

9

2

Keşlə

3

2

0

1

5-1

6

3

Səbail

3

2

0

1

4-4

6

4

Zirə

3

1

1

1

2-2

4

5

Neftçi

3

1

1

1

3-3

4

6

Sumqayıt

3

1

0

2

3-5

3

7

Sabah

3

0

2

1

2-3

2

8

Qəbələ

3

0

0

3

0-9

0


 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest