Avropa çempionatının seçmə mərhələsi davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Bununla komandamız qrupda II dövrəyə start verib. E qrupunda qərarlaşan Nikola Yurçeviçin kollektivi VI turda Xorvatiya ilə qarşılaşıb.

Buna qədər keçirdiyi 4 oyunda səfərdə Xorvatiya və Uelsə eyni - 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə məğlub olan yığmamız dünya çempionatının finalçısından ilk xalını almaq niyyətindəydi. Ancaq rəqib də üç gün əvvəl Slovakiyaya 4:0 hesabı ilə qalib gəlmişdi və Bakıya 3 xal dalınca yollanmışdı.

Qarşılaşmada hesabı da xorvatlar açıblar. Qonaqların kapitanı Luka Modriç öz doğum günündə penaltini dəqiq zərbə ilə qola çevirib. Amma ikinci hissədə meydana sonradan çıxan Təmkin Xəlilzadə hesaba tarazlıq gətirən qola imza atıb. Matçda başqa qol olmayınca yığmamız Dç-nin finalçısından xal alıb. Bu, həm də yığmamızın cari tsikldə ilk xalı olub.

 

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, VI tur
9 sentyabr

Azərbaycan - Xorvatiya 1:1
Qol: T.Xəlilzadə, 72 - L.Modriç, 11-pen.

Hakimlər: Sandro Şarer, Stefan De Almeyda, Alain Heiniqer, Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dyakonu (Moldova)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. "Bakcell Arena" stadionu.

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda.
Baş məşqçi: Nikola Yurçeviç.

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç.
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Yosip Yuranoviç, 17. Dario Melnyak, 19. Milan Badel.
Baş məşqçi: Zlatko Daliç.

 

1

Xorvatiya

5

3

1

1

10-5

10

2

Macarıstan

4

3

0

1

6-4

9

3

Uels

4

2

0

2

4-4

6

4

Slovakiya

4

2

0

2

7-6

6

5

Azərbaycan

5

0

1

4

5-13

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest