"İnter"in hücumçusu Lautaro Martines komandada qalacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu argentinalı forvardın meneceri deyib.

Agent bildirib ki, bir neçə klubun maraq dairəsində olan 22 yaşlı oyunçu karyerasını hazırkı komandasında davam etdirəcək: "Lautaro "İnter"də xoşbəxtdi və burda çox titul qazanmaq istəyir. Onun "İnter"i tərk etmək şansı yoxdu. Üstəlik, baş məşqçi Antonio Konte də futbolçunu yüksək qiymətləndirir".

Qeyd edək ki, Lautaro Martines ötən ildən "İnter"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest