PSJ-nin hücumçusu Neymar daha bir klubun diqqət mərkəzinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "çelsi" 27 yaşlı forvardın transferində maraqlıdı.

London təmsilçisi Braziliya millisinin üzvü üçün astronomik məbləğdə pul ayırıb. Belə ki, "zadəganlar" onlara tətbiq edilən transfer qadağasının müddəti bitdikdən sonra 300 milyon avro qarşılığında Neymarı heyətinə qatmağa çalışacaq. Oyunçunun özünə isə illik 42 milyon avro maaş təklif olunacaq. Keçid reallaşarsa, Neymar özünə məxsus olan dünyanın ən bahalı transferi rekordunu yeniləyəcək.

Qeyd edək ki, Neymar "Real" və "Barselona"nın da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest