"Yuventus"un futbolçusu Kriştianu Ronaldo A seriyası tarixinə düşüb. Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu İtaliya çempionatında cərimə zərbəsini yerinə yetirən ən pis 2-ci futbolçu olub.

ötən il "Yuventus"a keçən Ronaldo, 18 dəfə cərimə zərbəsindən topu qapıya göndərmək istəsə də, hədəfdən yayınıb.

A seriyası tarixində cərimə zərbəsini ən pis yerinə yetirən futbolçu isə Kamillo çanodu. ötən mövsüm "Frozinone" ilə A seriyasında mübarizə aparan hücumçu 21 dəfə cərimə nöqtəsindən qapıya zərbə vursa da, uğursuz olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest