İngiltərə Premyer Liqasının VIII turunda "Nyukasl"la qarşılaşan "Mançester Yunayted" növbəti məğlubiyyətini alıb - 0:1. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" son 3 görüşdə cəmi 1 xal qazana bilib.

Ole Qunnar Sulşerin yetirmələrinin qələbəsiz oyunlar seriyası 5-ə çatıb (3 heç-heçə, 2 məğlubiyyət). "Mankunianlar" Premyer Liqanın 8 turunda 9 xal toplayıb və hazırda 12-ci pillədə qərarlaşır.

Bu isə 1989-90 mövsümündən bəri ən uğursuz startdı. Komanda 30 il əvvəl ilk 8 turda 8 xal toplamış və mövsümü 13-cü pillədə tamamlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest