Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, millimiz Bəhreyn yığması ilə üz-üzə gəlib.
 
Oktyabrın 13-də Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə Macarıstanla qarşılaşacaq Nikola Yurçeviçin çalışdırdığı kollektiv Bəhreynə qalib gəlməklə rəsmi oyuna yaxşı əhvalla çıxmağı hədəfləmişdi. Amma millimizin heyətində bəzi itkilər vardı. Belə ki, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayevlə Mahir Emreli zədəlidi. Qara Qarayevin də zədə səbəbindən Bəhreyndə meydana çıxması sual altındaydı. Bütün bunlara baxmayaraq, Bəhreyn Milli Stadionunda təşkil olunan qarşılaşma millimizin əzmkar qələbəsiylə başa çatıb.
 
Azərbaycan və Bəhreyn milliləri bu oyundan öncə daha iki dəfə üz-üzə gəlmişdi və həmin oyunlar da millimizin qələbəsiylə başa çatmışdı. Komandamız bu rəqibini 2008-ci ildə Manamada 2:1, 2012-ci ildə isə Bakıda 3:0 hesabıyla üstələmişdi.
 
Yoxlama oyunu
9 oktyabr
 
Bəhreyn - Azərbaycan 2:3
Qol: A.A.Rahman, 31. J.Ahmed, 68 - R.Dadaşov, 41. T.Xəlilzadə, 62. R.Şeydayev, 70.
Bəhreyn milli stadionu.
 
Bəhreyn: 21. Sayed Mohamed Jafar (k), 3. Valeed Mohamed, 5. Ahmed Mubarak, 6. Mohamed Yusuf, 8. Ali Jafar, 10. Abdulvahab A.Rahman, 11. İsmaeel Abdullatif, 17. Abdulla Khaled, 22. Mohamed Adel, 25. Mahdi Faisal, 26. Mohamed Abdulvahab. 
Ehtiyat oyunçular: 1. Sayed Shubbar, 12. Hamad Mohamed, 2. Sayed Mehdi, 4. Sayed Dhiya, 7. İsa Moosa, 9. Abdulla Yusuf, 13. Mohamed Saad, 14. Ali Abdulla, 15. Jasim Ahmed, 16. Sayed Redha, 18. Ahmed Abdulla, 19. Komail Hasan, 30. Ahmed Nabeel.
Baş məşqçi: Helio Souza.

Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov (k), 3. Şəhriyar Rəhimov, 20. Riçard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov. 
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyubov, 15. ömər Buludov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 19. Təmkin Xəlilzadə, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest