Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ" futbolçularına istirahət verib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2 günlük istirahət artıq başa çatıb.

Komanda dünəndən ikinci dövrənin hazırlıqlarına start verib. Yalnız milli komandalarda olanlar və zədəlilər məşqdə iştirak etməyiblər. Zədəsini sağaldan yarımmüdafiəçi Xayme Romero da kollektivlə birlikdə məşqə qatılıb.

Qeyd edək ki, yoluna itkisiz irəliləyən "Qarabağ" Premyer Liqanın VIII turunda oktyabrın 19-da "Qəbələ"nin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest