Bir müddət əvvəl karyerasını bitirən Tim Hovarda yeni vəzifə verilib. Matc.az xəbər verir ki, sabiq qolkiper “Everton”un ilk beynəlxalq səfiri olub.

Bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hovard “Everton”un ABŞ-dakı təmsilçisi olacaq.

Qeyd edək ki, Tim Hovard karyerası ərzində “Mançester Yunayted” və “Everton” kimi klublarda çıxış edib. O, ABŞ yığmasında 120-dən çox oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest