"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək. Qarşılaşmanın biletləri sabahdan satışa çıxarılacaq. Azarkeşlər saat 12:00-dan etibarən bilet əldə edə biləcəklər.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın biletləri sabahdan satışa çıxarılacaq.

Azarkeşlər saat 12:00-dan etibarən bilet əldə edə biləcəklər. Oyunu canlı izləmək istəyənlər sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manatlarından keçməli olacaqlar.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dan (onlayn) əldə etmək mümkündü.

Qeyd edək ki, "Qarabağ" - APOEL görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest