Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 7-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib. 
 
Son çempion MOİK doğma meydanda “Sabah”ın əvəzedicilərinə uduzub. Lider “Turan Tovuz” isə “Sumqayıt”ın əvəzediciləri ilə görüşdə çətin qələbəyə sevinib.
 
Bu tur “Səbail-2” komandası istirahət edib.
 
Birinci Divizion
7-ci tur
19 oktyabr
 
MOİK – “Sabah-2” 0:2
Qol: Emil Qasımov, 62; 74-pen.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Elxan Əsgərzadə, İnqilab Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
 
“Sumqayıt-2” – “Turan Tovuz” 1:2
Qol: İbrahim Əliyev, 11 – Rüfət Məmmədov, 45. Murad Hüseynov, 90+5.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
“Sumqayıt Arena” (ehtiyat meydança).
 
Turun digər oyunları:
 
“Qaradağ Lökbatan” – “Zirə-2” 1:0
“Neftçi-2” – “Zaqatala” 1:2
“Kəpəz” – “Qarabağ-2” 1:0
“Keşlə-2” – “Ağsu” 4:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest