Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq APOEL bu gün ölkəmizə yollanacaq. Komanda ciddi itki ilə səfərə çıxacaq. Baş məşqçi Tomas Doll Bakıya 20 futbolçu gətirəcək ki, bir aparıcı oyunçu onlar arasında olmayacaq.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq APOEL bu gün ölkəmizə yollanacaq. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, komanda  ciddi itki ilə səfərə çıxacaq.

Baş məşqçi Tomas Doll Bakıya 20 futbolçu gətirəcək ki, bir aparıcı oyunçu onlar arasında olmayacaq. Belə ki, argentinalı yarımmüdafiəçi Tomas De Vinsenti 20 nəfərlik heyətə salınmayıb. O, zədədən əziyyət çəkdiyi üçün "Qarabağ"la görüşü buraxacaq. Portuqaliyalı vinger Andre Vidiqal isə ümumiyyətlə, qrup mərhələsinin iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest