AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması daha bir futbolçusunu itirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu dəfə yarımmüdafiəçi Conni Uilyams sıradan çıxıb.

"çarlton"un futbolçusu "Derbi" üzərində 3:0 hesablı qələbə qazandıqları çempionat oyununda xəsarət alaraq, ilk hissədə əvəzlənib. Tibbi müayinədən sonra 26 yaşlı oyunçunun dizindən əməliyyat olunmasına qərar verilib.

Həkimlər onun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, Uilyams seçmə mərhələnin Azərbaycan və Macarıstanla son matçlarında iştirak etməyəcək.

Adalıların digər zədəli futbolçuları Rayan Giqqz və Harri Uilsonun isə durumu qeyri-müəyyənliyini qoruyur.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest