Basketbol üzrə Azərbaycan Super Liqasında 5-ci turun oyun cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, növbəti tura noyabrın 8-də start veriləcək.
 
AzTU-nin basketbol zalında keçiriləcək ilk oyunda "Sərkərdə" və "Xırdalan" klubları üz-üzə gələcək. Bu matça saat 19:00-da start veriləcək və "CBC Sport"da canlı yayımla göstəriləcək.
 
Noyabrın 9-da turun digər oyunları keçiriləcək:
 
13:00. Sıçrayış - Zirvə
15:00. Atletik - Gəncə
17:00. 80-lər - Atom

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest