Futbol üzrə İspaniya La Liqasında 13-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 

Açılış matçında “Real Sosyedad” “Leqanes”i qəbul edib. İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Autsayderlə oyunda xal itirməsinə baxmayaraq, bu nəticədən sonra “Real Sosyedad” vahid liderə çevrilib.

İspaniya La Liqası
13-cü tur

8 noyabr

Real Sosyedad – Leqanes 1:1
Qol: Merino, 63 – En Nesiri, 78.

9 noyabr

16:00 Alaves – Valyadolid
19:00 Valensiya – Qranada
21:30 Eybar – Real
00:00 Barselona – Selta

10 noyabr

15:00 Malyorka – Vilyarreal
17:00 Atletik – Levante
19:00 Atletiko – Espanyol
21:30 Xetafe – Osasuna
00:00 Betis – Sevilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest