17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununa çıxıb. Komandamızın budəfəki rəqibi Qazaxıstan olub. Yunanıstanın Patra şəhərində baş tutan qarşılaşma hər iki komanda üçün formal xarakter daşıyıb. Nəticədə rəqibinə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin kollektivi seçmə mərhələni xalsız başa vurub.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununa çıxıb. Matc.az saytının məlumatına görə, komandamızın budəfəki rəqibi Qazaxıstan olub.

Yunanıstanın Patra şəhərində baş tutan qarşılaşma hər iki komanda üçün formal xarakter daşıyıb. Nəticədə rəqibinə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin kollektivi seçmə mərhələni xalsız başa vurub.

Qrupun digər oyununda isə Yunanıstan Almaniyanı eyni hesabla üstələyib. Nəticələ Yunanıstanla Almaniya ilk iki yeri tutaraq, elit-raunda vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız qrupdakı ilk iki matçında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabı ilə məğlub olub.

Aç-2020-nin ilkin seçmə mərhələsi
9-cu qrup
19 noyabr
 
Azərbaycan - Qazaxıstan - 0:2
Qollar: Dias Kuşkumbayev, 3; Alişer Rahimcanov, 85
Baş hakim: Denis Şurman (Ukrana).
Patra. Pampeloponnisiako stadionu
 
 

1

Yunanıstan

3

3

0

0

13-2

9

2

Almaniya

3

2

0

1

7-2

6

3

Qazaxıstan

3

1

0

2

3-10

3

4

Azərbaycan

3

0

0

3

1-10

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest