Argentina və Uruqvay yığmaları yoldaşlıq görüşündə üz-üzə gəlib. Matc.az saytının məlumatına görə, Təl-Əvivdə baş tutan qarşılaşma bol qollu alınıb.
Uruqvaylıların heyətində Edinson Kavani (34-cü dəqiqə) və Luis Suaresin (68) qollarına argentinalıların heyətində Serxio Aquero (63) ilə Lionel Messi (90+2) cavab verib. Sonuncunun əlavə olunmuş dəqiqələrdə penaltidən vurduğu qol "tanqoçular"ı məğlubiyyətdən xilas edib.