"Real"ın aparıcı futbolçusu Eden Azarın durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçuda ciddi problem aşkarlanıb.

Belə ki, Belçika millisinin üzvünün sağ ayağında mikro-qırıq olduğu müəyyənləşib. Dəqiq diaqnoz qoyulmasa da, onun 4-6 həftə komandadan uzaq qalması proqnozlaşdırılır. PSJ ilə Çempionlar Liqası matçında zədələnən Azar qarşıdakı bir neçə oyunu, eləcə də, "Barselona" ilə "El Klasiko"nu buraxacaq.

Həmçinin müdafiəçi Marselonun da sol ayaq əzələsindəki ağrılar səbəbindən 3 həftə oynamayacağı bildirilib. Digər hücumçu Qaret Beylin durumu isə sual altındadı.

Qeyd edək ki, "Barselona" - "Real" matçı dekabrın 18-də "Nou Kamp"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest