İtaliya futbolunda irqçiliklə bağlı problemlər bitmək bilmir. Bu dəfə xoşagəlməz addıma azarkeşlər yox, ölkənin ən yüksək tirajlı "Corriere dello Sport" qəzeti əl atıb. Nəşrin bugünkü manşeti ölkədə narazılıqla qarşılanıb.

İtaliya futbolunda irqçiliklə bağlı problemlər bitmək bilmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu dəfə xoşagəlməz addıma azarkeşlər yox, ölkənin ən yüksək tirajlı "Corriere dello Sport" qəzeti əl atıb.

Nəşrin bugünkü manşeti ölkədə narazılıqla qarşılanıb. Belə ki, qəzet A seriyasının XV turu çərçivəsində bu gün "İnter"lə "Roma" arasında keçiriləcək qarşılaşmanı manşetə çıxararaq, iki qaradərili oyunçunun şəklini yayımlayıb. "İnter"in belçikalı hücumçusu Romelu Lukaku və "Roma"nın ingiltərəli müdafiəçisi Kris Smollinqin şəklinin yer aldığı yazının başlığı "Black Friday" (Qara Cümə) kimi qoyulub.

Bu seçim təkcə azarkeşlərin və adıçəkilən klubların deyil, A seriyasında çıxış edən digər komandaların da etirazına səbəb olub. Onlar sosial şəbəkələr vasitəsilə nəşri qınayıblar. Qəzet rəhbərliyi isə narazılıqları haqsız hesab edərək, niyyətlərinin irqçiliklə mübarizə olduğunu bəyan edib.

Qeyd edək ki, "İnter" - "Roma" görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest