Voleybolçuların paradından sonra Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlətin ölkə idmanına, o cümlədən voleybola göstərdiyi diqqət və qayğıdan danışıb.

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqa yarışının rəsmi açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, açılış mərasimi Dərnəgüldəki Voleybol Mərkəzində təşkil olunub.
 
Voleybolçuların paradından sonra Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlətin ölkə idmanına, o cümlədən voleybola göstərdiyi diqqət və qayğıdan danışıb.
 
Federasiya rəhbəri bunun bariz nümunəsi kimi, Azərbaycan idmanın yüksələn xəttlə inkişaf etdiyini deyib. O, ölkə çempionatında yeni klubların oynamasına toxunub. Qeyd edib ki, komandaların sayının çox olması gənc nəsilin yetişməsində də mühüm rol oynayır.
 
Cavid Qurbanov ardınca valideynlərə də səslənərək, övladlarını idmana, o cümlədən voleybola yönəltməyə çağırıb. Milli komandalarımızın uğurlarından da söhbət açan federasiya rəhbəri qarşıdakı yeniliklərə də toxunub. O bildirib ki, qarşıdakı matçlarda bilet satışı nəzərdə tutulub ki, onlar da uduşlu olacaq. Azarkeşlər ilkin oyunlarda mobil telefon, finalda isə avtomobil qazanmaq şansı əldə edəcəklər.
 
O, daha sonra yeni mövsümün başlaması ilə bağlı azarkeşləri təbrik edib. Ardınca dövlət himni səslənib və çempionat açıq elan olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest