Futbol üzrə İtaliya A Seriyasında 16-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında "Breşiya" "Leççe"ni qəbul edib və üç cavabsız qola sevinib. Baş məşqçi postuna Cennaro Qattuzonu gətirən "Napoli" isə "Parma" ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyundan da məğlub ayrılıb. "Sampdoriya" isə səfərdə "Cenoa" üzərində qələbəyə sevinib.

İtaliya A Seriyası
16-cı tur

14 dekabr

Breşiya – Leççe 3:0
Qol: çanselyor, 32. Torreqrossa, 44. Spalek, 61.

Napoli – Parma 1:2
Qol: Milik, 64 – Kuluşevski, 4. Jervinyo, 90+3.

Cenoa – Sampdoriya 0:1
Qol: Qabbyadini, 85.

15 dekabr

15:30 Verona – Torino
18:00 Milan – Sassuolo
18:00 Bolonya – Atalanta
18:00 Yuventus – Udineze
21:00 Roma – SPAL
23:45 Fiorentina – İnter

16 dekabr

23:45 Kalyari -Latsio

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest