İngiltərənin “Tottenhem” klubu “Lids”ə icarəyə verdiyi futbolçusu Cek Klarkı qışda geri qaytaracaq. Matc.az xəbər verir ki, 19 yaşlı hücumçu Çempionşip təmsilçisində möhkəmlənə bilməyib.
 
Əslində Klark “Lids”in öz yetirməsidi. O, yayda “Tottenhem”lə müqavilə bağlasa da, Çempionşip klubunda icarə əsasında oynamasına qərar verilmişdi. Amma gənc hücumçuya oynamaq şansı demək olar ki, verilmədiyi üçün, bəxtini Joze Mourinyonun çalışdırdığı “Tottenhem”də sınamağa qərar verib.
 
Artıq “Lids” rəsmi saytı vasitəsilə Klarkın yanvar ayından etibarən “Tottenhem”in düşərgəsinə qoşulacağını bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest