İtaliya A seriyasının XIX turu çərçivəsində "Yuventus" "Roma" ilə qarşılaşacaq. Matc.az saytının xarici məbuata istinadən məlumatına görə, Turin klubunun forvardı Kriştianu Ronaldonun həmin görüşə xüsusi hazırlaşdığı vurğulanıb.

2007-ci ildə "Roma"nı çempionlar Liqasında 7:1 hesabı ilə məğlub edən "Mançester Yunayted"in formasını geyinən portuqaliyalı superulduz həmin vaxt paytaxt klubunun oyunçuları ilə mübahisə yaşamış, matçdan sonra "Roma"da formamı dəyişəcəyim oyunçu yoxdu" açıqlamasını vermişdi.

İtaliya mətbuatı bu düşmənliyin davam etdiyini, Ronaldonun yanvarın 12-dəki qarşılaşmadan sonra da romalıların heç bir futbolçusuna formasını verməyəcəyini iddia edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest