Təlim-məşq toplanışını Antalyada davam etdirən "Neftçi" bu gün daha bir yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, "ağ-qaralar" Ukraynanın "Dinamo" klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu çərçivəsində keçiriləcək bu oyun Ukrayna mətbuatının da gündəmindədir. Ukraynalı ekspert Mixail Smolyov öz "Telegram" hesabında oyunla bağlı təhlillərini yazıb. O, "Neftçi"nin bu oyunda qol belə vura bilməyəcəyini qeyd edib.
"Azərbaycan deyəndə ağlımıza "Qarabağ" gəlir. Ancaq "Qarabağ"la çempionluğa oynaya biləcək bir komanda varsa, "Neftçi"dir. Rəqibimizin məhsuldarlığı yüksək səviyyədə deyi. Belə çıxır ki, onlar bu qarşılaşmada qol belə vura bilməyəcəklər. Ancaq künc zərbələri zamanı təhlükəli ola bilərlər. "Dinamo" ilk yoxlama oyununda "Legiya" (1:1) ilə qarşılaşmışdı. Polşalılarla müqayisədə bu matçın gərginliyi daha az olacaq. Hiss olunur ki, ilk oyuna nəzərən bu gün daha çox qapıya zərbə olacaq. Əslində onlar "Legiya"dan sonra daha güclü rəqib seçməli olsalar da, enişə gediblər" - deyə, Smolyov bildirib.
Qeyd edək ki, "Dinamo" (Kiyev) – "Neftçi" matçı bu gün saat 18:00-da başlayacaq.