Futbol üzrə İspaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
“Saraqosa” “Malyorka”nı, “Sevilya” isə “Levante”ni məğlub yola salaraq, 1/8 finala yüksəlib. Səfərdə “Rekreativo” ilə qarşılaşan “Osasuna” da növbəti mərhələyə vəsiqə qazanıb.
 
İkinci oyun günündə daha 8 görüş baş tutub. Bu oyunlardan sonra “Atletik”, “Barselona, “Qranada”, “Vilyarreal”, “Real Sosyedad”, “Tenerife”, “Valensiya” və “Real” da növbəti mərhələyə yüksəlib.
 
İspaniya kuboku
1/16 final
21 yanvar
 
Rekreativo – Osasuna 2:3
Saraqosa – Malyorka 3:1
Sevilya – Levante 3:1
 
22 yanvar
 
Elçe – Atletik 1:2
İbiza – Barselona 1:2
Badalona – Qranada 1:3
Jirona – Vilyarreal 0:3
Real Sosyedad – Espanyol 2:0
Tenerife – Valyadolid 2:1
Loqrones – Valensiya 0:1
Unionistas – Real 1:3
 
23 yanvar
 
22:00. Mirandes – Selta
22:00. Ebro – Leqanes
00:00. Leonesa – Atletiko
00:00. Badaxos – Eybar
00:00. Rayo Valyekano – Betis

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest