"Qarabağ" qanalı hücumçu Kvabena Ovusunu transfer etdi. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi transferi sosial şəbəkə hesabından açıqlayıb.

Qanalı futbolçu icarə əsasında İspaniyanın "Kordoba" komandasında çıxış edirdi. O, müqaviləylə "Leqanes" klubuna məxsusdur.

Qeyd edək ki, Ovusu Kvabena bu mövsüm  "Kordoba" ilə 16 oyun keçirib və 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest