“Real”ın hücumçusu Hames Rodrigez karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, kolumbiyalı oyunçu “Arsenal” və “Everton”un maraq dairəsinə düşüb.

28 yaşlı futbolçu ötən il icarə əsasında “Bavariya”da çıxış etsə də, mövsümün əvvəlində yenidən Madrid təmsilçisinə qayıtmışdı. Ancaq oktyabrda zədələnən futbolçu cari mövsümdə 11 oyunda forma şansı qazanıb.

İngiltərə mətbuatı yazır ki, London təmsilçisi “Arsenal” futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ancaq Hamesi “topçular”la yanaşı, “Everton” da transfer etmək niyyətindədir.

Liverpul təmsilçisinin baş məşqçisi Karlo Ancelottinin “Real”da oyunçu ilə bir yerdə çalışdığı üçün onunla  anlaşacağı bildirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest