İtaliya kubokunun ¼ final mərhələsinin növbəti oyunları keçirilib. Matc.az xəbər  verir ki, "Milan" öz meydanında "Torino"nu qəbul edib.

Ev sahibi komanda görüşün əlavə olunmuş dəqiqələrində vurduğu iki qolla qarşılaşmanı 4:2 hesabı ilə qazanıb. "Milan"ın yeni transferi Asmir Beqoviç isə yenə ehtiyatda qalıb. Onun adı görüşün iştirak ərizəsində olsa da, bosniya və herseqovinalı qapıçı meydana daxil olmayıb.

Qey edək ki, bu görüş Beqoviçin "Milan"dakı 4-cü rəsmi oyunudur. Təcrübəli qapıçı hələki yeni komandası ilə debüt etməyib.  Asmir mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest