"Kayserispor"un baş məşqçisi Robert Prosineçki Süper Liqanın 20-cu turu çərçivəsində səfərdə "Qalatasaray"a qarşı keçiriləcək oyun öncəsi danışıb.

Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasına güvəndiyini bildirib:

""Qalatasaray"ın necə bir komanda olduğunu izah etməyə ehtiyac yoxdu. Səfərdə onlarla oynamaq çətin olacaq. Ancaq görüşə çox yaxşı hazırlaşırıq. Hazırda sonuncu pillədə olsaq da, təslim olmamışıq. Heyətdə təcrübəli oyunçularımız var. Rəqiblərdən qorxmuruq. "Qalatasaray" səfərindən xalla dönəcəyimizi düşünürəm".

"Qalatasaray" - "Kayserispor" matçı fevralın 1-də, saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest